Ukrayna ilin sonuna qədər Aİ-dən milyardlarla avro almaq - İSTƏYİR__NEWL__

Ukrayna ilin sonuna qədər Aİ-dən milyardlarla avro almaq - İSTƏYİR__NEWL__ Dünya

Ukrayna ilin sonuna qədər Avropa İttifaqından təxminən 20 milyard avro yardım almağı planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

"İlin sonuna qədər Ukrayna hökuməti Aİ- dən daha 20,1 milyard avro büdcə dəstəyi almağı planlaşdırır ", - bəyanatda deyilir.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, üç il ərzində Avropa İttifaqının Ukraynaya büdcə dəstəyi 52,5 milyard avroya çatıb.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Britaniya parlamentində bəyan etmişdi ki, avropalılar “heç vaxt Ukraynanı tərk etməyəcəklər” və yaradılan “istəklilər koalisiyası” buna işarədir.

Aqil