Ukrayna raket hücumu xəbərdarlığına görə 45 milyon dollar itirir

Ukrayna raket hücumu xəbərdarlığına görə 45 milyon dollar itirir Dünya

Ukrayna hər hava hücumu zamanı 45 milyon dollar itirir.

News24.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Ukraynanın iqtisadiyyat naziri Aleksandr Kravçenkoya istinadən məlumat yayıb.

“Raket hücumu xəbərdarlığının hər bir saatı müəssisələrin fəaliyyətinin dayanması səbəbindən Ukraynaya təxminən 45 milyon dollara başa gəlir”, — deyə nəşrdə bildirilib.

Qeyd olunub ki, hava hücumu siqnalı zamanı müəssisələrin əməkdaşları iş yerlərini tərk etməyə məcbur olurlar. Bu səbəbdən hətta fəaliyyətini davam etdirmək imkanında olan müəssisələr belə itkilərə məruz qalırlar.