Ukrayna Rusiyaya - XƏBƏRDARLIQ ETDİ
Dünya
“İyulun 21-dən Qara dəniz akvatoriyasından Ukraynaya və Rusiyaya istiqamətlənən istənilən gəminin hərbi yük daşıdığı hesab olunacaq”.
News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Milli Müdafiə Universitetinin kafedra rəisi Mixail Proxorenko bildirib.
O deyib ki, bu tədbirlər Cenevrə Konvensiyasına tamamilə uyğundur.
M. Proxorenkonun qənaətincə, münaqişə tərəfləri gəmilərin hərəkətindən öncə mülki əhalini xəbərdar etməlidir.
Qeyd edək ki, bir qədər əvvəl ölkənin Hərbi Dəniz Qüvvələri mina təhlükəsi ilə əlaqədar Ukrayna limanlarına yan alan və ya həmin əraziləri tərk edən gəmilər üçün müvəqqəti hərəkət istiqamətlərinin müəyyənləşdirildiyini açıqlayıb.
Fərid Azəri