Ukrayna strateji tərəfdaşını itirir? – Sabiq səfirdən sensasion açıqlama
Dünya
Ukrayna ABŞ-dəki əsas strateji tərəfdaşını itirə bilər.
News24.az xəbər verir ki, bu fikirləri Ukraynanın ABŞ-dəki sabiq səfiri Oleq Şamşur səsləndirib.
Onun sözlərinə görə, Donald Tramp tərəfindən irəli sürülən mümkün “sülh planı” Ukraynanın faktiki olaraq əsas strateji müttəfiqini itirməsinə işarə edə bilər.
Şamşur bildirib ki, Tramp Ukraynanı ABŞ üçün strateji baxımdan xüsusi əhəmiyyətli hesab etmir və burada Amerika biznesi üçün ciddi perspektivlər görmür. Eyni zamanda Kremlin Vaşinqtona, xüsusilə enerji sektorunda genişmiqyaslı iqtisadi layihələr təklif etdiyi vurğulanıb.
Sabiq səfir hesab edir ki, Tramp administrasiyasının müharibəni tez bir zamanda başa çatdırmaq istəyi yalnız iqtisadi maraqlarla deyil, həm də şəxsi ambisiyalarla bağlıdır. O, bunun “qüdrətli sülhməramlı” kimi çıxış etmək istəyi ilə əlaqəli ola biləcəyini deyib.
Şamşurun fikrincə, belə ssenarinin reallaşması Ukraynanın faktiki kapitulyasiyası anlamına gələ və bütövlükdə Avropa təhlükəsizliyi üçün risklər yarada bilər.