Ukrayna Xersonu atəşə tutdu: 22 nəfər öldü

Ukrayna Xersonu atəşə tutdu: 22 nəfər öldü Dünya


Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Sadovoye və Qolopristanski kəndlərini raket atəşinə tutub.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Xersonun “qubernatoru” Vladimir Saldo deyib.

O bildirib ki, hücum nəticəsində mağaza dağılıb.

Saldonun sözlərinə göə, zərbə zamanı 22 nəfər həlak olub, 15-i yaralanıb. Əraziyə xilasedicilər cəlb edilib.