Ukraynada bir gündə iki terror aktı: bu dəfə hədəf…
Dünya
Fevralın 23-ü axşam saatlarında Ukraynanın Dnepr şəhərində rayon polis idarəsinin inzibati binasında partlayış baş verib. Bu, bir neçə saat əvvəl Mikolayevdə qeydə alınan partlayışdan sonra eyni axşam baş verən ikinci ehtimal olunan terror hadisəsidir.
News24.az xəbər verir ki, Ukrayna Milli Polisi faktı təsdiqləyib. Bildirilib ki, partlayış saat 20:30-da qeydə alınıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Partlayış dalğası nəticəsində binanın pəncərələri, mebel və kompüter texnikası zədələnib. Həmçinin binanın yaxınlığında park edilmiş avtomobilə də zərər dəyib.
Hüquq-mühafizə orqanları insidentin bütün hallarını araşdırır. Hadisə yerində partlayış-texniki xidmətin mütəxəssisləri, kriminalistlər və istintaq-əməliyyat qrupu çalışır.