"Ukraynada korrupsiya var" – Zelenskidən gözlənilməz etiraf
Dünya
“Ukraynada korrupsiyanın digər Avropa ölkələrindən daha çox olması yalandır”.
News24.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “BBC”yə müsahibəsində deyib.
Prezident bildirib ki, ölkədə korrupsiya halları mövcuddur, lakin hakimiyyət bu problemlə mübarizə aparır və antikorrupsiya infrastrukturunu inkişaf etdirir.
“Bəli, bu ölkədə korrupsiya var və bu göstərilir. O var. Amma gəlin dürüst olaq – o, hər bir Avropa ölkəsində var. Sadəcə istəyirəm ki, biz zəif tərəflərimizi etiraf edək. Bu, zəif yerlərimizdən biridir, amma bununla yanaşı birliyimizi itirməyək, Ukraynaya hörmət edək və deməyək ki, bu yalnız bizdə var, başqalarında yoxdur”, – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna digər ölkələrdən onunla fərqlənir ki, problemləri gizlətmir.
Zelenski əlavə edib ki, Rusiya korrupsiya mövzusunu qabardaraq Ukraynaya təzyiq göstərməyə və cəmiyyəti parçalamağa çalışacaq.