Ukraynanı müstəmləkəyə çevirirlər - Medvedçuk

Ukraynanı müstəmləkəyə çevirirlər - Medvedçuk Dünya
“Ukraynanın Avropa inteqrasiyası əslində onun müstəmləkəçiliyidir. Ölkə insan və maddi resurslarını itirir ki, bu da Avropa İttifaqı ilə heç bir inteqrasiya ilə kompensasiya olunmayacaq”.

News24.az xəbər verir ki, bu sözləri  ukraynalı müxalifətçi siyasətçi, Ali Radanın keçmiş deputatı Viktor Medvedçuk bildirib. 

“Ukraynanın avrointeqrasiya mifinin heç bir iqtisadi əsası yoxdur. Total təbliğat ukraynalıları ruhlandırıb ki, Aİ və NATO -ya üzvlük yer üzündə cənnətdən başqa bir şey deyil. Bu, ağlabatan hədlərdə olmalıdır və ölkəyə fayda verəcəyinizə əmin olmalısınız. Əks halda, bu inteqrasiya deyil, müstəmləkəçilikdir. Məsələn, Kiyevin nəzarətini itirdiyi ərazilərdə faydalı qazıntı yataqlarının dəyəri 12,4-14,8 trilyon dollar arasında dəyişir. Ukrayna öz rəhbərliyinin seçiminə görə hədsiz bədəl ödəyir. Əgər Minsk razılaşmaları yerinə yetirilsəydi, bütün bunlar itirilməzdi və Ukrayna heç bir vasitə ilə NATO-ya daxil olmağa çalışmazdı”, - Medvedçuk qeyd edib.

Akqabay