Ukraynanın qorumağa çalışdığı kritik şəhər: - Pokrovskda nə baş verir?
Dünya
Rusiya ordusu Ukraynanın şərqindəki logistika mərkəzi olan Pokrovska doğru irəliləməyə davam edir.
News24.az xəbər verir ki, Pokrovsk Ukraynanın şərqindəki döyüşlərin episentrinə çevrilib. Rusiya qüvvələri aylardır şəhərə doğru irəliləyir. Cəbhə xətti Pokrovskdan 8 kilometr uzaqlıqdadır.
Şəhərin hərbi idarəsinin başçısı Serhiy Dobryak rusların şəhəri təkcə ballistik raketlər və çoxsaylı reaktiv yaylım atəşi sistemləri ilə hədəfə almadığını açıqlayıb.
Qoşunlar indi idarə olunan bombalarla və hətta artilleriya atəşi ilə şəhəri vura bilər, çünki şəhər indi bu silahların əhatə dairəsindədir.
Qeyd edək ki, Pokrovsk Moskvanın əsas prioritetidir.
Pokrovsk hərbi idarəsinin rəhbəri Serhiy Dobryakın sözlərinə görə, bu cəbhədə hər ukraynalı əsgərə 10 rus əsgəri düşür.
Eyni zamanda, mağazalar və supermarketlərlə dolu səs-küylü şəhər mərkəzi olduqca sakitdir. Banklar, supermarketlər və əksər kafelər bağlıdır. Şəhər xəstəxanası da boşaldılıb.
Günel Məlikzadə