Ukraynanın "Vampir"ləri Avropaya çıxır

Ukraynanın "Vampir"ləri Avropaya çıxır Dünya

Danimarka Ukraynanın dron istehsalçısı “Skyfall” şirkəti ilə öz ərazisində istehsalın təşkili barədə danışıqlar aparır.

News24.az xəbər verir ki, bu barədə Danimarkanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Skyfall” “Vampir” adlı bombaatan pilotsuz uçuş aparatları istehsal edir. Şirkət nümayəndəsinin sözlərinə əsasən, Ukraynada ildə 100 minədək belə PUA buraxılır. Bir ədədin təxmini qiyməti 8,5 min dollar, yükgötürmə qabiliyyəti 15 kiloqrama qədər, rabitə məsafəsi 45 kilometr, maksimal sürəti isə saatda 80 kilometrdir.

Razılaşma imzalanarsa, “Skyfall” Danimarkada istehsal açan ikinci Ukrayna müdafiə sənayesi şirkəti olacaq. İlk belə şirkət “Fire Point” olub. O, Danimarkada “Flamingo” raketləri üçün bərk raket yanacağının istehsalını qurur.