Ukraynaya rekord hərbi dəstək veriləcək

Ukraynaya rekord hərbi dəstək veriləcək Dünya

Ukraynanın tərəfdaşları “Ramştayn” formatlı görüşdə əlavə hərbi yardım şəklində 35 milyard dollar məbləğində dəstək vermək barədə qərar qəbul ediblər.

News24.az xəbər verir ki, bunu Brüsseldə keçirilən iclasın yekunları barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili açıqlayıb.

Bundan əlavə, Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 500 milyon funt sterlinq (təxminən 680 milyon dollar) ayıracağını bildirib.

Londonda həmçinin ABŞ-dən Ukraynaya silah alınmasını nəzərdə tutan və ödənişin müttəfiqlər tərəfindən həyata keçirildiyi PURL proqramına qoşulduqları açıqlanıb.