ÜST ölkələri buna - çağırdı

ÜST ölkələri buna - çağırdı Dünya
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Kristian Lindmayer COVID-19 koronavirus infeksiyasına yoluxma hallarının artması fonunda epidemioloji nəzarəti gücləndirməyə çağırıb.

News24.az
xəbər verir ki, o, bu barədə Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“Buna diqqət yetirmək vacibdir. Ölkələr nəzarəti və hesabatları xeyli azaldıb. Aydındır ki, tam statistikanı əldə edə bilməsək, tam cavab verə bilmərik"-deyə bildirib.

Onun sözlərinə görə, ÜST ölkələri daha çox müşahidələr aparmağa və nəticələr haqqında daha çox məlumat verməyə təşviq edir.

Aydan