Vaqnerçilər yeni təşkilat - YARATDI

Vaqnerçilər yeni təşkilat - YARATDI Dünya

"Vaqner" özəl hərbi şirkətinin (PMC) keçmiş döyüşçüləri "Axmat" xüsusi təyinatlılarının tərkibində "Kamerton" dəstəsini yaradıb.

News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə dəstə komandirinin müavini bildirib.

Məlumata görə, döyüşçülər hazırda Ukraynada xüsusi hərbi əməliyyat zonasındakı poliqonlarda döyüş koordinasiyasından keçirlər.

"Artilleriya, minaatan, piyada döyüş maşınları və FPV pilotsuz uçuş aparatlarından istifadə etməklə hücum əməliyyatları həyata keçirilir. Bu, bizim işimizdir, qarşıdakının kim olduğundan asılı olmayaraq", - deyə komandir bildirib. 

Xatırladaq ki, oktyabrın sonunda Çeçenistan rəhbəri Ramzan Kadırov  Vaqner PMC-nin 170-dən çox keçmiş döyüşçüsünün "Axmat" xüsusi təyinatlılarına qoşulduğunu bildirib. 

Qumral