Vəzifəli şəxslər qucaqlaşarkən kameraya düşdülər - – VİDEO

Vəzifəli şəxslər qucaqlaşarkən kameraya düşdülər - – VİDEO Dünya

Amerikanın məşhuir texnologiya şirkəti “Astronomer”in baş direktoru Endi Bayron, Bostonda keçirilən Coldplay qrupunun konserti zamanı şirkətin HR rəhbəri Kristin Kebotla qucaqlaşarkən təsadüfən görüntülənib.

News24.az Bakupost.az-a istinadla xəbər verir ki, “The Sun” nəşrinin yazdığına görə, həmin anlarda Bayronun evində onu həyat yoldaşı və iki uşağı gözləyirmiş.

Görüntülərdə Bayronun Kebotla qucaqlaşdığı görünür, lakin kamera onlara tuşlandıqdan sonra o, özünü baryerin arxasında gizlətməyə çalışır. Şok vəziyyətində olan qız əlləri ilə üzünü örtür.

“Gillette” stadionunda toplaşan minlərlə insan bu səhnəni gülüşlə qarşılayıb. Qrupun solisti Kris Martin isə zarafatla belə deyib:

"Ohoo... ya onlar arasında gizli münasibət var, ya da çox utancaq insanlardır."