Vəziyyət kritik həddə çatdı: - Rusiyaya da sıçrayacaq

Vəziyyət kritik həddə çatdı: - Rusiyaya da sıçrayacaq Dünya

“Dağıstanda və Şimali Qafqazın digər bölgələrində yəhudilərə qarşı etirazlar Rusiyada etnik və dinlərarası gərginliyin artmasına dəlalət edir. Görünür, Kreml nümayişlərə rəsmi cavab verməyi regional hakimiyyət orqanlarının öhdəsinə buraxıb”.

News24.az  xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

ABŞ institutu bildirir ki, Kreml vəziyyətin nəzarət altında olduğuna inandırmaq və yəhudilərə Rusiyanı dini baxımdan tolerant ölkə kimi təqdim etmək cəhdlərinə baxmayaraq, ölkənin yəhudi azlıq üçün təhlükəsiz olduğuna inandırmaqda çətinlik çəkəcək. Dağıstandakı yəhudi icmasının baş ravvinliyinin sözçüsü Ovadya İsakov deyib ki, bölgədəki yüzlərlə yəhudi ailəsi Dağıstanı və Rusiyanı tərk etməlidir.

Mənbələr antisemit nümayişlərin Dağıstan və Şimali Qafqazdan Rusiyanın digər bölgələrinə də yayılacağından ehtiyat edirlər. Prosesi qızışdıra biləcək kənar müdaxilələr də istisna edilmir. 

“Nümayişlər 1990-cı illərdə Tacikistan və Çeçenistanda etnik rusların öldürüldüyü vəziyyətə gətirib çıxara bilər. Üstəgəl, son nümayişlərə Rusiyanın aidiyyəti qurumlarının ləng reaksiyası da diqqət çəkib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Prezident Vladimir Putinin rəğbətini qazanmaq üçün ölkədə etnik-dini gərginliyin artmasından istifadə edə bilər.Kreml adətən etnik-dini gərginliyi ehtiva edən hadisələrə, o cümlədən miqrantların ruslara hücumlarına reaksiya verməkdə ləng davranır. Etnik-dini gərginliyi daha da gücləndirən hərəkətsizliyə görə rus ultra-millətçilərinin Rusiya hökumətinə qəzəbini artırır. Bortnikov və Bastrıkin Rusiyanın informasiya məkanı vasitəsilə özlərini bu məsələni həll etməyə qadir insanlar kimi göstərməyə çalışa bilər”, - deyə məlumatda qeyd olunur.

Ayşən