Virusa görə şəhərdəki bütün siçovullar məhv ediləcək
Dünya
Tayvanın paytaxtı Taypey şəhərində hantavirusun yayılmasının qarşısını almaq məqsədilə gəmiricilərin məhv edilməsi və şəhərin bütün 12 rayonunda genişmiqyaslı təmizlik işlərinin aparılması planlaşdırılır.
News24.az xəbər verir ki, bu barədə şəhər meri Cianq Vanan məlumat verib.
Məmur yerli sakinləri əmin edib ki, şəhər hökuməti mövcud problemi həll edir. Mer hantavirusa yoluxma hallarının əvvəlki illərlə müqayisədə artmadığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, şəhər rəhbərliyi gəmiricilərlə mübarizə üzrə mütəxəssis vəzifəsi təsis edir. Həmin şəxs evlərdə siçovullarla bağlı problem yaşayan sakinlərə bu məsələnin həllində kömək edəcək.