“Visa” və “Mastercard” müştərilərinin məlumatları oğurlandı
Dünya
Hakerlər “Visa” və “Mastercard”ın minlərlə müştərisinin, eləcə də “JPMorgan Chase” bankının müştərilərinə aid məlumatları oğurlayıblar.
News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşrin məlumatına görə, kibercinayətkarlar şantaj proqramlarından istifadə edərək maliyyə nəhənglərinin sistemlərinə birbaşa müdaxilə etmədən, üçüncü tərəf təşkilat vasitəsilə müştəri məlumatlarına çıxış əldə ediblər.
Qeyd edilib ki, adıçəkilən şirkətlərin heç biri hücuma məruz qalan sistemlərin hansı konkret təşkilatlara məxsus olduğunu açıqlamayıb.