"Vladimir Putinə məktub yazıb, bütün dünyaya yaymaq nəzakətli davranış deyil"
Dünya
"Nəzakətli insanlar belə davranmırlar”.
News24.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Vladimir Putinə məktub yazıb, lakin onu bütün dünyaya yayıb və bu, nəzakətli davranış deyil.
Lavrovun sözlərinə görə, məktubun ünvanlandığı şəxsə göndərilməsi əvəzinə onun ictimai şəkildə yayılması diplomatik etiket baxımından düzgün hesab edilmir. /RİA/