"Vətəndaşlar sülhü gözləniləndən daha güclü hiss edirlər”
Dünya
“İrəvanda və regionlarda vətəndaşlar yaranmış sülhü hakimiyyətin gözlədiyindən daha güclü şəkildə hiss edirlər”.
News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, vətəndaşlar sülhü ilk növbədə, psixoloji və mənəvi baxımdan hiss edirlər, çünki ölkədə sülh mühiti hökm sürür.
“Həmişə yaşadığımız əsəbilik, gərginlik və narahatlıq əvəzinə hazırda sülhü hiss edirik və mən düşünürəm ki, vətəndaşlar da intuitiv olaraq anlayırlar ki, tibbi sığorta sistemi, pensiyaların artırılması və s. birbaşa olmasa da, dolayı yolla sülhlə bağlıdır", – deyə Paşinyan qeyd edib.
Baş nazir vurğulayıb ki, sülhə dair inam olmasaydı və hakimiyyət yeni eskalasiya gözləsəydi, sosial sahəyə bu qədər böyük vəsait ayırmazdılar. Onun sözlərinə görə, sülh iqtisadi artım üçün imkanlar yaradıb və vətəndaşlar sülhü gözləniləndən daha güclü şəkildə hiss edirlər. /News.am