Xalq artistinin 100 minlik kommunal borcu var

Xalq artistinin 100 minlik kommunal borcu var Dünya

Rusiyanın Xalq artisti Alla Puqaçovanın Moskvada yerləşən elit mənzilinə görə kommunal borcu yaranıb.

News24.az xəbər verir ki, söhbət Moskvada Filippovski küçəsində yerləşən premium yaşayış kompleksindəki sahəsi 300 kvadratmetrdən çox olan beşotaqlı mənzildən gedir.

Müğənni hazırda Kiprdə yaşayır və son vaxtlar kommunal xərclərin ödənişini dayandırıb. Borcun məbləği təxminən, 100 min rubla çatıb. Bunun 83 min rublu kommunal xidmətlər və istilik xərcləri, qalan hissəsi isə əsaslı təmir fonduna ödənişlərdir.

Hazırda dəyəri 500 milyon rubldan çox qiymətləndirilən bu elit mənzili Alla Puqaçova 2004-cü ildə alıb.

Müğənninin həmin binada ümumi sahəsi 27 kvadratmetrdən çox olan iki avtomobil dayanacağı da mövcuddur. /Shot/