Xamenei buna görə ictimaiyyət qarşısına çıxmır

Xamenei buna görə ictimaiyyət qarşısına çıxmır Dünya

İranın ali rəhbəri Müctəba Xamenei təhlükəsizlik səbəblərinə görə ictimaiyyət qarşısında görünmür, lakin öz vəzifələrini yerinə yetirməyə davam edir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyni bildirib.

Onun sözlərinə görə, ictimai tədbirlərdən imtinanın səbəbi mövcud vəziyyətlə bağlıdır:

“Onun ictimaiyyət qarşısına çıxmamasının səbəbi təhlükəsizlik tədbirlərinə riayət edilməsidir”.

Eyni zamanda, CNN-in məlumatına görə, ABŞ kəşfiyyat orqanları prezident Donald Tramp üçün keçirilən qapalı brifinqlərdə İran liderinin görünməməsi məsələsini dəfələrlə müzakirə ediblər.

Mənbələrin qeydinə görə, Ağ Evin milli təhlükəsizlik komandası hazırda Tehranda vəziyyətə faktiki olaraq kimin nəzarət etdiyini müəyyənləşdirməyə çalışır.