Xamenei xəbərdarlıq etdi: "Laricaninin qatilləri cəzalandırılacaq"

Xamenei xəbərdarlıq etdi: "Laricaninin qatilləri cəzalandırılacaq" Dünya

"Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qatilləri əməllərinin əvəzini ödəyəcəklər".

News24.az xəbər verir ki, bunu İranın Ali Rəhbəri Müctəba Xamanei deyib.

“Şübhəsiz ki, belə bir şəxsiyyətin öldürülməsi onun əhəmiyyətinə və İslam düşmənlərinin ona qarşı bədxahlığına dəlalət edir. Hər bir qan tökülməsinin öz qiyməti var ki, şəhidlərin cinayətkar qatilləri bunu tezliklə ödəməli olacaqlar”, - İran lideri xəbərdarlıq edib. (Tasnim)