Xameneinin dəfn tarixində simvolik mesaj

Xameneinin dəfn tarixində simvolik mesaj Dünya

İranın mərhum ali lideri Əli Xameneinin dəfn mərasiminin iyulun 4-nə təyin edilməsi simvolik məna daşıya bilər.

News24.az xəbər verir ki, bu barədə CNN-nin hazırladığı reportajda qeyd edilib. Telekanal bu tarixin təsadüfi seçilmədiyini və bunun ABŞ-nin Müstəqillik Günü ilə əlaqəli simvolik mesaj ola biləcəyini vurğulayıb.

Bildirilir ki, bu il ABŞ-də Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyi qeyd olunur. Həmin gün ABŞ prezidenti Donald Trampın da çıxış edəcəyi gözlənilir.

Reportajda xatırladılır ki, Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin İran ərazisinə endirdiyi hücum zamanı həlak olub.

CNN həmçinin vurğulayır ki, dəfn mərasiminin Məhərrəm ayına təsadüf etməsi onun həm dini, həm də siyasi əhəmiyyətini daha da artırır.