Xameneinin Instagram hesabı silindi

Xameneinin Instagram hesabı silindi Dünya

"Facebook", "Instagram", "WhatsApp" və "Oculus"un sahibi olan "Meta" İranın ali dini lideri Xamneinin ingilis və farsca Instagram hesablarını silib. Səbəb "şirkətin təhlükəli təşkilatlar və şəxslərlə bağlı siyasətinin dəfələrlə pozulmasıdır".

News24.az Milli.Az-a istinadla bildirir ki, İran müxalifəti və israilyönlü fəallar, xüsusən də HƏMAS-ın İsrailin cənubuna hücumundan sonra Xamneinin sosial media hesablarını bloklamağa dəfələrlə çağırış ediblər.