Xameneinin üzə çıxmamasının səbəbi - Bədəni yanıb
Dünya
İranın ali lideri Müctəba Xamenei ABŞ-nin endirdiyi zərbələr nəticəsində aldığı xəsarətlərə baxmayaraq, ölkənin hərbi strategiyasının formalaşdırılmasında mühüm rol oynamağa davam edir.
News24.az xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.
Kəşfiyyat hesabatlarına görə, Xamenei İranın müharibənin dayandırılması ilə bağlı danışıqlarda necə davranacağını yönləndirməyə kömək edir.
ABŞ kəşfiyyatı hələ də Xameneinin harada olduğunu müəyyən etməyib.
Buna səbəb onun elektron rabitə vasitələrindən istifadə etməməsi göstərilir.
Məlumata görə, İranın rəhbəri yalnız şəxsən görüşə bilən şəxslər və ya kuryer vasitəsilə göndərilən mesajlarla əlaqə saxlayır.
Telekanala danışan mənbələr bildiriblər ki, Xamenei aldığı xəsarətlər, eləcə də, bədəninin bir tərəfində ciddi yanıq izləri səbəbindən gizlənir.