"Xarici oyunçular regionda təhlükəsizliyi pozur" - Kənani
Dünya
“Xarici oyunçuların hərbi iştirakı Yaxın Şərqdə vəziyyəti sabitsizləşdirir və regionda təhlükəsizliyi pozur”.
News24.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani bildirib.
“Tarixi məlumatlar və cari hadisələr açıq şəkildə göstərir ki, regionda xarici oyunçuların hərbi mövcudluğu Yaxın Şərqdə vəziyyəti sabitsizləşdirən və onun təhlükəsizliyinə təhdid yaradan ən mühüm amillərdən biri olub”.
Ayşən