Xəstəxanada yanğın: 10 nəfər öldü - Bu ölkədə

Xəstəxanada yanğın: 10 nəfər öldü - Bu ölkədə Dünya

Hindistanın Odişa ştatının Kattak şəhərində yerləşən xəstəxananın reanimasiya şöbəsində yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə Hindistanın NDTV kanalı məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı 10 xəstə ölüb. Xəstələri təxliyə etməyə çalışan 11 səhiyyə işçisi isə yaralanıb.

Səlahiyyətli şəxslər bildiriblər ki, yanğın elektrik xəttində baş vermiş qısaqapanma səbəbindən baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.