Yaponiya sahillərində - güclü zəlzələ baş verdi

Yaponiya sahillərində - güclü zəlzələ baş verdi Dünya
Yaponiya sahillərində 5,5 maqnitudada zəlzələ qeydə alınıb.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 17,8 min nəfərin yaşadığı Nişinomote (Kyuşu) şəhərindən 37 km şimal-şərqdə, mənbə 13 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.