Yardıma gedən helikopter qəzaya uğradı, ölənlər var
Dünya
Filippində “Kalmaegi” qasırğası zamanı hərbi helikopter qəzaya uğrayıb, azı altı nəfər həlak olub.
News24.az xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən “ABS-CBN News” telekanalı məlumat yayıb.
Hərbçilərin bildirdiyinə görə, axtarış-xilasetmə əməliyyatları zamanı “Super Huey” helikopterinin pilot və ekipaj üzvlərinə aid olduğu güman edilən altı cəsəd tapılıb.
Helikopter təbii fəlakət zamanı yardım göstərmək üçün ölkənin qasırğadan zərər çəkmiş bölgələrinə gedən dörd helikopterdən ibarət qrupa daxil idi. Hazırda hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırır.
Qeyd edək ki, daha əvvəl qasırğa səbəbindən ən azı 26 nəfərin öldüyü və bir neçə yüz min insanın Filippinin mərkəzində evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib.