Yaşayış binası ÇÖKDÜ: 4 nəfər öldü, yaralılar var

Yaşayış binası ÇÖKDÜ: 4 nəfər öldü, yaralılar var Dünya


Hindistanın paytaxtı Dehlidə beşmərtəbəli yaşayış binasının uçması nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, binanın ən azı 60 yaşı var.

Şəhər rəsmiləri bildiriblər ki, binaya sonuncu baxış zamanı onun təhlükəsiz olduğu müəyyən edilib.