Yaxın Şərqlə bağlı dəhşətli proqnoz: - nüvə müharibəsi milyonlarla ölü...

Yaxın Şərqlə bağlı dəhşətli proqnoz: - nüvə müharibəsi milyonlarla ölü... Dünya

“Yaxın Şərqdəki münaqişə ABŞ hökumətinin iflasına və İranla nüvə müharibəsinə səbəb ola bilər”.

News4.az  xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson bildirib.

“İsrail və HƏMAS arasındakı münaqişə İran, onun müttəfiqləri və Qərb arasında müharibəyə çevrilə bilər. Əgər belə bir müharibə başlayarsa, nüvə silahının istifadəsini və ondan sonrakı hər şeyi asanlıqla təsəvvür etmək olar: milyonlarla ölü, dünya iqtisadiyyatının çöküşü. Ən azı, biz burada (ABŞ-da - red.) görünməmiş enerji böhranı görəcəyik”, - deyə jurnalist vurğulayıb.

Karlsonun qeyd edib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi artıq enerji qiymətlərinin artmasına səbəb olub. O hesab edir ki, bu tendensiya davam edərsə, ABŞ 1930-cu illərdə yaşanandan daha ağır depressiya ilə üzləşəcək.

Onun sözlərinə görə, son üç ildə dünyanın ən yoxsul ölkələrindən ABŞ-a 10 milyona yaxın insan gəlib. Lakin onların əksəriyyəti dövlət dəstəyi hesabına yaşayır. Karlson Amerika hökumətinin iflasa uğrayacağı vəziyyətin nəyə gətirib çıxara biləcəyi barədə düşünməyə çağırıb.

Karlson həmçinin İrana qarşı təhdidlər edən ABŞ senatoru Lindsey Graham-ı tənqid edərək, münaqişəyə mümkün müdaxilənin “ağır nəticələr” vəd etdiyini bildirib.

 Ayşən