Yaxın Şərqdə 1,5 milyard dollarlıq zərbə: ABŞ-nin 13 hərbi bazası hədəf alındı
Dünya
İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına ciddi ziyan vurub.
News24.az xəbər verir ki, məlumata görə, hücumlar nəticəsində həm canlı qüvvə, həm də hərbi texnika baxımından böyük itkilər qeydə alınıb.
Bildirilir ki, bölgədəki 13 ABŞ hərbi bazasının əksəriyyəti zədələnib. Münaqişənin ilk ayı ərzində ümumi ziyanın 1,5 milyard dolları keçdiyi, 300-dən çox əsgərin yaralandığı və 13 hərbçinin həyatını itirdiyi qeyd olunur.
Hesabatlarda diqqət çəkən məqamlardan biri də ABŞ-yə məxsus strateji əhəmiyyətli hərbi texnikanın məhv edilməsidir. Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasına endirilən zərbə nəticəsində dəyəri təxminən 300 milyon dollar olan "E-3 Sentry AWACS" erkən xəbərdarlıq təyyarəsinin sıradan çıxarıldığı bildirilir.