Yeni Zelandiyada atışma nəticəsində 6 nəfər yaralanıb

Yeni Zelandiyada atışma nəticəsində 6 nəfər yaralanıb Dünya
Yeni Zelandiyanın Oklend şəhərində atışma baş verib, nəticədə azı 6 nəfər yaralanıb.

Bu barədə “Otago Daily Times” qəzeti bildirib.

Məlumata görə, ölənlərin olması barədə də məlumat var, lakin polis hələ bunu təsdiqləməyib.

Jurnalistlərin məlumatına görə, üç yaralının vəziyyəti ağırdır.

Oklend meri Ueyn Braun hadisəni törədən silahlının öldürüldüyünü desə də, polis bu məlumatı hələ təsdiqləməyib./Report/