Yer kürəsindən 10 dəfə böyük “quş”: müəmmalı obyekt aşkarlanıb
Dünya
Alimlər Günəşin üzərində qeyri-adi bir obyekt müşahidə ediblər. Onların sözlərinə görə, bu obyekt nəhəng quş siluetini xatırladır və ölçüsü Yer kürəsindən 10 dəfə böyükdür.
News24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Məlumata əsasən, obyektin “qanad” kimi görünən hissəsi təxminən 150 min kilometr uzunluğundadır. Obyektin mənbəyi və təbiəti barədə hələlik dəqiq elmi izah verilməyib.