Yer üzündəki yadplanetlilər bu ərazilərdə gizlənir - Açıqlandı

Yer üzündəki yadplanetlilər bu ərazilərdə gizlənir - Açıqlandı Dünya

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı yadplanetlilərin Yerdəki bir neçə gizli bazasının yerini açıqlayıb.

News24.az xəbər verir ki, veteran hərbi kəşfiyyatçı Lin Byukenen ABŞ xüsusi xidmət orqanlarının paranormal qabiliyyətlərin hərbi və kəşfiyyat məqsədləri üçün istifadəsini araşdırdığı “Ulduz qapıları” (Stargate) layihəsində iştirak edib.

Layihə 1978-ci ildən 1995-ci ilə qədər davam edib və MKİ-nin məxfilikdən çıxarılmış hesabatına görə, tam uğursuzluqla başa çatıb.

Byukenenin sözlərinə görə, Yer üzündəki yadplanetli bazalarını ilk dəfə hökumət eksperimentində iştirak edən keçmiş polis əməkdaşı Pat Prays görüb.

Onun iddiasına görə, bu hadisə 1973-cü ildə baş verib. Daha sonra Praysın qeyd etdiyi obyektlər MKİ-nin “8200” adlı layihəsi çərçivəsində araşdırılıb.

Layihənin məqsədi onun iddialarının müstəqil müşahidəçilər tərəfindən təsdiqlənib-təsdiqlənməyəcəyini müəyyən etmək olub. Byukenenə Alyaskadakı Heys dağları, Avstraliyadakı Zil, Zimbabvedəki İnyanqani və İspaniya ilə Fransa sərhədində yerləşən Pireneylərdəki guya yadplanetli bazalarını izləmək tapşırılıb.

Bunun üçün də paranormal qabiliyyətlərdən istifadə olunması nəzərdə tutulurdu. O iddia edir ki, izlədiyi obyektlər müxtəlif funksiyalar yerinə yetirirdi. Alyaskadakı baza kəşfiyyat məlumatları toplayır, Avstraliyadakı baza UNO-ların gəliş məntəqəsi kimi fəaliyyət göstərir, Zimbabvedəki obyektdə isə yadplanetli aparatların təmiri həyata keçirilirdi.

Bu bazaların mövcudluğunu təsdiqləyən heç bir sübut yoxdur. /Daily Mail