"Yerin görünəcək…" – Hollivud ulduzları Çak Norrisin ölümündən danışdı

"Yerin görünəcək…" – Hollivud ulduzları Çak Norrisin ölümündən danışdı Dünya

Xəbər verdiyimiz kimi, ötən gün məşhur amerikalı aktyor Çak Norris 86 yaşında dünyasını dəyişib.

News24.az xəbər verir ki, Hollivud ulduzları həmkarlarının vəfatı ilə başsağlığı veriblər. Bu barədə onlar özlərinin sosial media hesablarında paylaşım ediblər.

Arnold Şvarsneqqer Norrisi “döyüş filmlərinin əsas ikonalarından biri” adlandırıb və uzun illər birgə həyata keçirilən işlər və dostluq üçün təşəkkürünü bildirib.

Silverster Stallone “Qarşısıalınmazlar-2” (“The Expendables”) filmini xatırlayaraq qeyd edib ki, Çak Norris təkcə ekranda yox, həyatda da böyük hörmətə layiq insan olub.

Jan-Klod Van Damm və Dolf Lundqren də mərhum aktyoru bir neçə nəsil aktyorlar və idmançılar üçün örnək hesab etdiklərini bildiriblər.

“Hörmət, təvazökarlıq və güc – Norrisi fərqləndirən cəhətlər məhz bunlar idi. Yerin görünəcək, dostum, – Lundqren yazıb.