"Yollar açılmadan sülh çətin olacaq" - Paşinyan
Dünya
“Yollar açılmadan regionda sülhə nail olmaq çətin olacaq”.
News24.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.
“İpək yolu tarixi termini tərəqqi, sülh, inkişaf və əməkdaşlıqla bağlıdır. Əgər gərgin, aktiv yol əməkdaşlığa, sülhə, uğura işarədirsə, bağlı yollar problemlərdən xəbər verir. Biz bunu öz nümunəmizdən bilirik. 4 qonşumuzdan 2-si ilə yollarımız açıqdır. Aydındır ki, Cənubi Qafqazın davamlı sülhə ehtiyacı var. Əsl sülh isə açıq sərhədlər və yollar, iqtisadi, siyasi, mədəni əlaqələr olmadan mümkün deyil”, - Paşinyan qeyd edib.
Akqabay