Yunanıstan Silahlı Qüvvələri ABŞ-nin İon dənizindəki hərbi təlimlərində iştirak edib

Yunanıstan Silahlı Qüvvələri ABŞ-nin İon dənizindəki hərbi təlimlərində iştirak edib Dünya
Yunanıstan Silahlı Qüvvələri ABŞ-nin İon dənizində keçirilən “Sage Wolverine 23” hərbi təlimində iştirak edib.

News24.az "Report"a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın "newsbeast.gr" informasiya portalı məlumat yayıb.

Təlimlər avqustun 2-dən 11-dək İon dənizində keçirilib.

Yunanıstan Silahlı Qüvvələri ikinci daimi NATO Dəniz Qrupunda iştirakı çərçivəsində 16 uçuş həyata keçirən "F-16" qırıcıları və “Elli” freqatı ilə təlimə qatılıb.