Yunanıstanın Baş naziri Türkiyəyə səfər edəcək

Yunanıstanın Baş naziri Türkiyəyə səfər edəcək Dünya

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.

News24.az xəbər verir ki, səfər çərçivəsində Ankarada Türkiyə–Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.

Görüşdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunacaq, əməkdaşlığın genişləndirilməsinə dair sənədlərin imzalanması gözlənilir.