Yunanıstanın mərkəzində partlayış baş verdi - VİDEO

Yunanıstanın mərkəzində partlayış baş verdi - VİDEO Dünya

Afinanın mərkəzində Yunanıstan Əmək Nazirliyinin binası yaxınlığında bomba partladılıb.

News24.az xəbər verir ki, bu barədə Yunanıstanın ictimai televiziyası “ERT” məlumat yayıb.

Məlumata görə, nazirlik qarşısında partlayış törədiləcəyi ilə bağlı polisə məlumat daxil olub. Bundan sonra ərazidən insanlar təxliyə edilib, yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Törədilən partlayış Yunanıstanın Əmək və Sosial Müdafiə Nazirliyinə xəbərdarlıq sayılır.

Məlumata görə, Yunanıstan parlamenti ölkədə gündəlik iş vaxtının 13 saata qədər artırılması ilə bağlı qanun layihəsini qəbul edib. Buna qarşı etiraz aksiyaları və tətillər keçirilib.

Qeyd edək ki, bombanın yerləşdirilməsinə görə məsuliyyəti əvvəllər məlum olmayan İnqilabçı Sinfi Özünümüdafiə təşkilatı öz üzərinə götürüb.

Mehriban Mirzəzadə