Yuxuları idarə etmək mümkün olacaq?
Dünya
ABŞ-ın İllinoys ştatının Evanston şəhərindəki Şimal-Qərb Universitetinin neyrobioloqlarının yeni araşdırması yuxuların məzmununu istiqamətləndirməyin mümkün olduğunu göstərib.
News24.az-ın məlumatına görə, müvafiq araşdırma "Neuroscience of Consciousness" jurnalında dərc olunub.
Eksperimentin iştirakçılarına sürətli yuxu fazası (REM) zamanı həll olunmamış tapmacalarla bağlı səs siqnalları verilib. Nəticədə iştirakçılar həmin tapşırıqları yuxuda tez-tez görüblər və onları daha effektiv şəkildə həll ediblər.
Tədqiqatda yaddaşın hədəfli reaktivasiyası (TMR) texnikasından istifadə olunub. İştirakçılar hər biri unikal səslə əlaqələndirilmiş mürəkkəb tapmacaları həll etməyə çalışıblar. Daha sonra onlar laboratoriyada yatarkən alimlər beyin fəaliyyətini izləyib və REM yuxusu zamanı həll olunmamış tapşırıqların yarısı ilə bağlı səsləri səsləndiriblər.