Zelenski Putinlə görüşmək istəyir
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşmək istəyir.
News24.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Bildirilir ki, Zelenski Cenevredəki komandasına bu məsələ üzərində işləməyi və danışıqları təşkil etməyi tapşırıb.
Ukrayna liderinin fikrincə, ərazi məsələlərində irəliləyiş əldə etməyin yeganə yolu üzbəüz görüşdür.