Zelenski Trampın bu qərarını dəstəklədi – müharibə iyula qədər bitəcək?

Zelenski Trampın bu qərarını dəstəklədi – müharibə iyula qədər bitəcək? Dünya

“Mənim üçün Trampın 4 iyula qədər müharibəni bitirmək istəməsi yeni xəbərdir, amma mən bunu yalnız dəstəkləyə bilərəm”.

News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.

O, bir neçə dəfə vurğulayıb ki, “Bloomberg” agentliyinin ABŞ-nin 250 illik müstəqillik yubileyinə qədər sülh sazişi bağlamaq planları ilə bağlı yaydığı məlumatdan xəbərsizdir.

Zelenskinin sözlərinə görə, Əbu-Dabi və İsveçrədə keçirilən danışıqlar zamanı Ukrayna və ABŞ tərəfi Vaşinqtonun müharibəni mümkün qədər tez başa çatdırmaq istəyi və baxışını müzakirə edib. O qeyd edib ki, Ukrayna hər zaman sürətli sülh prosesini dəstəkləyib.

Lakin Prezident əlavə edib ki, bu, ölkənin öz ərazilərinin bir hissəsindən imtina etməsi anlamına gəlmir.