Zelenski Umerovun namizədliyini - TƏQDİM ETDİ

Zelenski Umerovun namizədliyini - TƏQDİM ETDİ Dünya

Ukrayna prezidenti Volodimir Zelenski Ali Radaya vəzifəsindən azad edilmiş Aleksey Reznikovun yerinə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə Dövlət Əmlak Fondunun keçmiş rəhbəri Rustem Umerovun  namizədliyini təqdim edib  .

News24.az xəbər verir ki, bu barədə məlumat parlamentin saytında yerləşdirilib.

Məlumata görə, sənəd bu gün dövlət qeydiyyatına alınıb və artıq müvafiq komitənin baxılması üçün göndərilib.

Xatırladaq ki, sentyabrın 4-də səhər saatlarında Reznikov istefa ərizəsini Radaya təqdim edib.

Ayşən