Zelenski xəbərdarlıq etdi – Rusiya bu ölkəni müharibəyə çəkir

Zelenski xəbərdarlıq etdi – Rusiya bu ölkəni müharibəyə çəkir Dünya

Rusiya yenidən Belarusu müharibəyə cəlb etməyə hazırlaşır.

News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.

O qeyd edib ki, Ukrayna kəşfiyyatının məlumatına əsasən, Belarus sərhədi yaxınlığında Ukrayna istiqamətində yolların tikintisi aparılır və artilleriya mövqeləri qurulur. Zelenskinin fikrincə, bu, Belarusu yenidən müharibəyə cəlb etmə cəhdidir.

Ukrayna Prezidenti, həmçinin, ölkəsinin Belarus rəhbərliyinə ölkənin ərazi bütövlüyünü və müstəqilliyini qorumağa hazır olması ilə bağlı xəbərdarlıq edib. (Reuters)