"Formula 1" Azərbaycan Qran-prisinin İKİNCİ GÜNÜNÜN PROQRAMI
    • 27-04-2019, 10:33
    • 1 332

"Formula 1" Azərbaycan Qran-prisinin İKİNCİ GÜNÜNÜN PROQRAMI

Bu gün "Formula 1" Azərbaycan Qran-prisinin 2-ci günüdür.

News24.az xəbər verir ki, yarış günü "Formula 2" pilotlarının paradı ilə start götürüb. Saat 12:00-da isə F2 pilotlarının birinci yarışı başlayacaq. 14:00-dan etibarən "Formula 1" pilotları üçüncü sərbəst yürüşünü həyata keçirəcək. Saat 17:00-dan etibarən isə F1 pilotlarının sıralama turu baş tutacaq. Gün ərzində F1 azərkeş zonasında avtoqraf sessiyası da planlaşdırılıb. 

Yarış günü bitdikdən sonra Crystal Hall-da məşhur britaniyalı müğənni Jessie J-in konsertindən öncə Dj Mendoza və Rilayanın çıxışları baş tutacaq. Saat 21:00-da Jessie J Crystal Hall-un səhnəsində azərbaycanlı pərəstişkaları üçün oxuyacaq.