İsrailin atəşkəs şərtlərini pozması müzakirə edilir
Gündəm
İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistan ordusunun komandanı general Asim Munir arasında telefon danışığı baş tutub.
News24.az xəbər verir ki, tərəflər İran Prezidenti ilə Pakistan Baş nazirinin əvvəlki görüşlərində toxunulan mövzuların icrasını və bu istiqamətdə koordinasiyanın gücləndirilməsini zəruri hesab ediblər.
Danışıqlar zamanı həmçinin İsrailin həm İranda, həm də Livanda atəşkəs rejimini pozması ilə bağlı yaranan vəziyyət əsas müzakirə mövzularından biri olub.