Xalq artisti İrana Tağızadə dəfn olundu

Xalq artisti İrana Tağızadə dəfn olundu Gündəm
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru Xalq artisti İrana Tağızadə dəfn olunub.

News24.az apa-ya istinadən xəbər verir ki, mərhumla əvvəlcə Təzəpir Məscidində vida mərasimi keçirilib.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, mədəni-ictimadi xadimlər iştirak edib.

Daha sonra mərhumun cənazəsi Qurd qapısı qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, İrana Tağızadə dünən ürəktutmasından vəfat edib.