14 yaşlı oğlunun qabırğasını - SINDIRDI
Hadisə
Rusiyada Sankt-Peterburqda kişi 14 yaşlı oğlunun qabırğasını sındırıb.
News24.az Medianews.az-a istinadən xəbər verir ki, atası tərəfindən vəhşicəsinə döyülən uşaq xəstəxanaya aparılıb.
Ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi, 10-cu qabırğanın sınığı, döş qəfəsi nahiyəsinin, sol qolun, sol əlin və sağ ayağın əzilməsi diaqnozu qoyulub.
Həkimlər şagirdin vəziyyətini orta ağır qiymətləndiriblər.