14 yaşlı qıza toy etmək istəyənlər ifşa olundular - Təfərrüat

14 yaşlı qıza toy etmək istəyənlər ifşa olundular - Təfərrüat Hadisə

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub.

News24.az saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb.

Belə ki, övladlarına toy edən hər iki valideyn məclisin keçiriləcəyi şadlıq sarayının sahibini aldadıblar. Onlar restorana başqa sənəd veriblər, yaşı uyğun olan şəxsin kimliyini şadlıq sarayına təqdim ediblər. Toy başlayan zaman qızın 14 yaşı olduğu məlum olub. Dərhal toyun qarşısı alınıb.

Hazırda araşdırma aparılır. (apa.az)